Millimiz FİFA reytinqində 3 pillə gerilədi

22:28 06-04-2023 | icon 565
Millimiz FİFA reytinqində 3 pillə gerilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sonuncu dəfə ötən ilin dekabr ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 3 pillə geriləyərək 1142 xalla 124-cü pillədə qərarlaşıb.

 
 

Buna yığmanın AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri səbəb olub. Azərbaycan millisi Avropa komandaları arasında isə 46-cı sıradadır.
Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 43-cü yeri tutub.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi yeni siyahıda liderliyi ələ keçirib – 1840 xal. 1838 xala malik Fransa yığması ikinci pilləyə yüksəlibsə, əvvəlki reytinqin lideri Braziliya seçməsi üçüncü sıraya düşüb – 1834 xal.


Digər xəbərlər

0.22780394554138