Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonasının seçmə mərhələ oyunları Bakıda keçiriləcək
Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək.
Bu barədə Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 2-9 iyul tarixlərində baş tutacaq yarışın formatı da artıq məlumdur. Əvvəlcə reytinqdə ilk “12-liy”ə düşməyən komandalar qrup mərhələsində mübarizə aparacaqlar. İyulun 5-7-si aralığında reytinqin ən yaxşı 12 komandası yarışacaq. Hər qrupdan 4 komanda növbəti mərhələyə adlayacaq.
İyulun 8-də yarımfinal və pley-off oyunları təşkil ediləcək. Ertəsi gün isə final matçı və 3-16-cı yerlər uğrunda pley-off qarşılaşmaları olacaq.
Seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Dünya Çimərlik Futbolu Təşkilatının prezidenti Joan Kusko ev sahibliyini qəbul etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib: “Qısa müddətdə məkan tapmaq asan olmadı. Tədbirin keçirilmə tarixlərinin Avropa Oyunlarına yaxın olduğunu bilirik. Heç də ideal vəziyyət deyil. Lakin biz mümkün olan ən yaxşı yarışı keçirəcəyimizə inanırıq. Bakıdakı gözəl çimərlik arenasında mümkün qədər çox Avropa komandasının iştirak etməsini səbirsizliklə gözləyirik”.
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...