AHİK tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunan spartakiadanın açılışı olub

17:34 07-04-2023 | icon 575
AHİK tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunan spartakiadanın açılışı olub

Aprelin 7-də Azərbaycan Voleybol Federasiyasının İdman kompleksində Ulu
Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş
spartakiadanın açılış mərasimi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunan
idman yarışında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin xidmət sahələrinə daxil olan müəssisə və təşkilatların
komandaları iştirak edir.
Öncə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu
Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, dövlət
quruculuğu strategiyasından, həmçinin təhsilə, idmana olan diqqətindən və gənclər
siyasətindən danışıb.
Bildirib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gələn Ulu Öndər
Heydər Əliyev idmanın inkişaf strategiyasını müəyyənləşdirdi: “Bu istiqamətdə
Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük uğura
gedən yolun təməli qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın
kütləviliyi təmin olunub, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini
əhatə edib, dünya şöhrətli yeni-yeni idmançılar yetişib. Əsasən cənab İlham Əliyev
Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bu hal ölkəmizdə geniş
vüsət aldı, olimpiya hərəkatı, idman yüksələn xətlə dönməz inkişaf yolu tutdu”.

Səttar Möhbalıyev vurğulayıb ki, AHİK-in nəzdində 11 idman cəmiyyəti və
klubları olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi
fəaliyyət göstərir: “İdmançılarımızın yaxşı nailiyyətləri var. Məsələn, I Avropa
Oyunlarında həmkarlar ittifaqlarının idman təşkilatlarından 11 idmançı iştirak edib.
Dünya, Avropa, müxtəlif beynəlxalq və milli yarışlarda həmkarlar ittifaqının
idmançıları uğurlara imza atrıblar”.
Onun sözlərinə görə, təşkil olunan və həyata keçirilən hər bir kütləvi idman
spartakiadası insanlarda sağlam həyat tərzinə və yarış rəqabətinə marağı
gücləndirir, əsasən yeniyetmələrin və gənclərin idmana kütləvi axınına yol açır.
Çıxışının sonunda Səttar Möhbalıyev spartakiadanı açıq elan edib idmançılara
uğurlar arzuladı.
Tədbirdə Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya
Komitəsinin üzvü Raqif Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin
ölkəmizdə idman sahəsinin inkişafı üçün gördüyü işlərdən danışıb və təşkil olunan
spartakiadanın əhəmiyyətindən bəhs edib.
Ardınca bədii gimnastların fərdi çıxışları izlənilib və konsert proqramı təşkil edilib.
Sonda əvvəlki illərin spartakiadasında qalib olmuş iki futbol komandası arasında
yoldaşlıq görüşü olub.
Qeyd edək ki, spartakiadada mini futbol üzrə 17, şahmat üzrə 21, dama üzrə 12,
stolüstü tennis üzrə isə 10 komanda mübarizə aparacaq.


Digər xəbərlər

0.27165198326111