Bazar günü temperatur 25 dərəcəyə qalxacaq

00:27 09-04-2023 | icon 618
Bazar günü temperatur 25 dərəcəyə qalxacaq

Aprelin 9-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

 
 

Havanın temperaturu gecə 8-11°, gündüz 16-20° isti, atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11°, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.


Digər xəbərlər

0.30870294570923