"Neftçi" avrokuboklara vəsiqəni təmin edib

00:29 09-04-2023 | icon 614

"Neftçi" 2023/2024 mövsümü üçün avrokuboklara vəsiqəni təmin edib.

"Ağ-qaralar" buna Azərbaycan Premyer Liqasının XXIX turunda Sumqayıtda eyniadlı komandanı 4:0 hesabı ilə darmadağın etməklə nail olub.

Bu qələbədən sonra xallarını 60-a çatdıran paytaxt təmsilçisinin sona 7 tur qalmış mükafatçılar arasında olacağı dəqiqləşib.

"Neftçi" 4-cü pillədə yer alan ən yaxın izləyicisi "Qəbələ"ni 21 xal qabaqlayır. "Qırmızı-qaralar" mövsümün sonunda ən yaxşı halda Bakı klubu ilə xallarını bərabərləşdirə bilər. Bununla belə, əyalət təmsilçisi şəxsi oyunlardakı nəticələrə görə rəqibindən geri qalacaq - 2 məğlubiyyət, 1 heç-heçə.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" və "Sabah" avrokuboklara vəsiqəni təmin edib.


Digər xəbərlər

0.27051401138306