DTX-yə yeni səlahiyyət verildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanda dəyişiklik edib.
Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanunun 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə - Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirəcək.
Yeni Fərmana görə, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” 14.4-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.
Qanunun həmin maddələri məcburi dövlət genom qeydiyyatı ilə bağlıdır.
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...