Premyer Liqaya vəsiqəni təmin edən komanda bilindi

21:32 11-04-2023 | icon 731
Premyer Liqaya vəsiqəni təmin edən komanda bilindi

Azərbaycan birinci divizionunda 24-cü tura start verilib.

Bugünkü görüşlərdən sonra  Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib.

 
 

Bu, hazırda turnir cədvəlində birinci olan “Araz Naxçıvan”dır. Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan MOİK-in liderə çatmaq şansı qalmayıb.  Aktivində 54 xal olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri -  "Neftçi-2" və "Qəbələ-2"ni çıxmaq şərtilə ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır.

Bu o deməkdir ki, lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.


Digər xəbərlər

0.25066804885864