Bakıdakı Dünya Kubokunda iştirak edəcək ölkə və idmançıların sayı bilinib
Bakıda keçiriləcək Atıcılıq üzrə Dünya Kubokunda iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib.
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.
Bildirilib ki, indiyədək olunan müraciətlərə görə, atletlərlə yanaşı, yarışlara 300 nəfər texniki heyət qatılacaq.
Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən il Bakıda keçirilmiş atıcılıq üzrə Dünya Kubokunda həm güllə, həm də stend atıcılığı üzrə dünyanın 66 ölkəsindən 700 atlet iştirak edib. 28 may - 7 iyunda keçirilmiş yarışda 30 növdə 94 dəst medal uğrunda mübarizə gedib.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...