Cavanşir Paşazadə üçün üçün əlamətdar gün - Millət vəkili yubileyini qeyd edir

00:59 12-04-2023 | icon 1305
Cavanşir Paşazadə üçün üçün əlamətdar gün - Millət vəkili yubileyini qeyd edir

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadənin doğum günüdür.

Vətənimizə, möhtərəm Prezidentimizə sədaqəti ilə seçilən, zəngin təcrübəyə malik, sadəliyi, işgüzarlığı,öhdəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsi ilə fərqlənən səbəbkar yubileyini - 70 yaşını qeyd edir. 

Xatırladaq ki, Cavanşir Paşazadə 1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Fəlsəfə doktorudur. Rus, tacik və özbək dillərini bilir.

1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1976-cı illərdə Özbəkistanın Buxara şəhərində texnikumda təhsil almışdır. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü, Azərbaycan-BƏƏ parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəridir.

11 aprel 2013-cü il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.


11 Aprel 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Hər zaman qəbuluna gələn vətəndaşların təkliflərini dinləyib, problemlərinin həllinə böyük qayğı ilə yanaşıb.

Yorulmadan çalışır, zəhmət çəkir. 

Onu tanıyan hər kəsə bəllidir ki, o, yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

Bu gün millət vəkili olduğu dairənin sakinləri də onu bir el ağsaqqalı kimi qəbul edir, sözünü eşidir, dəyərli məsləhətlərinə əməl edirlər.

Demək olar ki, hər gün sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərir.

 Biz də redaksiyamız adından Cavanşir müəllimi təbrik edir, yorulmaz və səmərəli fəaliyyətində uğurlar arzu edirik!


Digər xəbərlər

0.23898482322693