Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib

21:55 11-04-2023 | icon 666
Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib

Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub.

Milli komandanın heyətində Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə yer alacaqlar.

Qeyd edək ki, III Avropa Oyunları 9 - 25 iyunda gerçəkləşəcək. Şahmat turniri iyunun 19-da baş tutacaq. Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) komandalar blitsdə mübarizə aparacaqlar. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib. Reqlamentə görə komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.


Digər xəbərlər

0.26573920249939