Səttar Möhbalıyev: “Azərbaycanın Qazaxıstanla əlaqələri mühüm sahələr üzrə dinamik inkişaf edir”

10:23 12-04-2023 | icon 504
Səttar Möhbalıyev: “Azərbaycanın Qazaxıstanla əlaqələri mühüm sahələr üzrə dinamik inkişaf edir”

“Azərbaycan türkdilli ölkələrlə münasibətlərinə daim xüsusi önəm verib və
bu, ölkəmizin xarici siyasətində prioritet təşkil edir. Təşkil olunan müntəzəm
xarakterli qarşılıqlı səfərlər əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının
müəyyənləşməsinə səbəb olur. Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq
mədəniyyətə malik olmağımız bu əlaqələrin təməlini təşkil edir. Bu baxımdan
Azərbaycanla Qazaxıstan arasında olan ənənəvi dostluq və qardaşlıq
münasibətlərini yüksək qiymətləndirmək olar. Dövlət başçıları səviyyəsində son
illər təşkil olunan səfərlər bu münasibətləri daha da genişləndirib. İki ölkə arasında
əlaqələr çoxtərəfli səviyyədə də inkişaf edir. Məsələn, Türk Dövlətləri Təşkilatı
çərçivəsində əməkdaşlığımız xeyli uğurludur”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq
böyük əhəmiyyət kəsb edir: “Qazaxıstan investisiyalı 182 kommersiya qurumu
Azərbaycanda qeydiyyatdadır. Bu ölkədən Azərbaycana 102,2 milyon dollar,
ölkəmizdən isə Qazaxıstana 205,2 milyon dollar investisiya qoyulub. 2022-ci ildə
iki ölkə arasında ticarət dövriyyəsi 598,47 milyon dollar olub. Neft və neft
məhsullarının ticarəti sahəsində də əməkdaşlığı uğurlu hesab etmək olar. Belə ki,
Qazaxıstan mənşəli xam neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınır. Həmçinin
Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, bu ölkənin xam neftinin
dünya bazarına təchizatı həyata keçirilir. Ümumilikdə isə bütün sahələrdə qardaş
ölkə ilə əlaqələrimiz çox yüksək səviyyədədir”.

“İnanırıq ki, dövlətimizin başçısı cənab İlham Əliyevin aprelin 10-da
Qazaxıstana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha
da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında
münasibətlərdə yeni mərhələ təşkil edəcək. Qeyd edim ki, səfər çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi
baş tutdu. Bu, Azərbaycanın Ümummilli Liderinə, onun xalqına, dəyərlərinə olan
ən ali hörmətin, qardaşlıq münasibətinin bilavasitə təzahürüdür. Məlumdur ki, Ulu
Öndər Heydər Əliyev Qazaxıstanla əlaqələrin qurulmasında və inkişafında,
ümumiyyətlə, türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, həmrəyliyə nail
olunmasında misilsiz xidmətlər göstərib. Ulu Öndərin bu xidmətləri hər zaman
qardaş ölkələr tərəfindən yüksək qiymətləndirilir və adı əbədiləşdirilir. Həmçinin
qardaş ölkədə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli film də
çəkilib və nümayiş etdirilib. Bütün bunlar yalnız qardaşlıq münasibətlərindən irəli
gəlir”, - Milli Məclisin deputatı deyib.


Digər xəbərlər

0.26981806755066