Səttar Möhbalıyev: “Məğlub ölkənin hərbi təxribatları Azərbaycanın müəllifi olduğu reallıqları dəyişə bilməz”

23:08 12-04-2023 | icon 980
Səttar Möhbalıyev: “Məğlub ölkənin hərbi təxribatları Azərbaycanın müəllifi olduğu reallıqları dəyişə bilməz”

“Ötən gün Ermənistanın Laçın rayonu istiqamətində hərbi təxribat törətməsi
bir daha göstərir ki, bu dövlət hələ də işğal arzularından əl çəkə bilmir. Elə hesab
edirlər ki, guya nəyəsə nail ola biləcəklər. Amma, gəlin, 30 illik işğala son qoyan
“Dəmir yumruq” əməliyyatına, ondan sonra baş verən digər hərbi təxribatlara
nəzər salaq. Hamısında nəticə eynidir: işğalçı dövlətə artıqlaması ilə layiqli cavab
verilib. Aprelin 11-də törədilən təxribatın qarşısı da qətiyyətlə alındı, düşmən xeyli
sayda itki verdi. Ermənistan nədənsə törətdiyi bu təxribatların nəticələrini dərindən
təhlil edib özləri üçün lazımi dərs çıxarmır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, son zamanlar müntəzəm xarakter alan bu kimi erməni
təxribatları bir daha təsdiqləyir ki, haylar birmənalı şəkildə sülhdən yayınır:
“Amma buna baxmayaraq, Nikol Paşinyan başda olmaqla digər erməni rəsmiləri
utanmadan sərsəm bəyanatlar səsləndirərək Azərbaycanı ittiham edirlər. Amma
bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra
Azərbaycan sülh gündəliyi ilə çıxış edərək məğlub tərəfə sülh müqaviləsi təklif
etdi. Bu günə qədər həmin təklifdən boyun qaçıran, sülhdən yayınan da
Ermənistandır. Nikol Paşinyan, Ararat Mirzoyan və başqalarının boşboğazlıq
edərək utanmadan öz günahlarını Azərbaycanın üstünə yıxması onların əsl simasını
ortaya qoyur. Həmçinin qeyd edim ki, onlar vaxtı uzatmaqla vəziyyətin
dəyişəcəyinə, kimlərinsə onlara kömək edəcəyinə ümid bəsləyirlər. Hətta Avropa
İttifaqının missiyasını görüb kişiləşməyə cəhd edirlər. Bir az da irəli gedərək
KTMT missiyasını Ermənistana cəlb etməyə çalışırlar. Bu yolla yenidən ənənəvi

təcavüzkar, işğal planlarını reallaşdıra biləcəyi arzusu ilə sayaqlayırlar. Və belə
mənasız, boş xəyallarla öz ölkələrini məhvə sürükləyirlər”.
“Bu, hamıya bəllidir ki, Azərbaycan güclü dövlətdir, regionun lideridir, böyük
söz sahibidir, böyük qələbələrə imza atmış, təcrübəli Ordusu var. Ona görə də həm
Ermənistan, həm də onlara bacım deyən havadarları vəziyyəti düzgün
qiymətləndirməli, baş verənlərdən dərin nəticə çıxarmalıdırlar. Əks təqdirdə, təbii
ki, əvvəlkilərdən də artıq əvəz ödəyəcəklər”, - Milli Məclisin deputatı vurğulayıb.


Digər xəbərlər

0.2399890422821