PFL Qurban Qurbanovun doğum günü ilə əlaqədar video hazırlayıb

09:56 13-04-2023 | icon 700
PFL Qurban Qurbanovun doğum günü ilə əlaqədar video hazırlayıb

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olması münasibətilə video hazırlayıb.

Qısa filmdə təcrübəli mütəxəssislə yanaşı, böyük qardaşı Maarif Qurbanov, həmçinin, bir neçə yaxınının fikirlərinə yer verilib.

Qurban Qurbanovun anadan olduğu Zaqatala rayonunun Aşağı Tala kəndində olan PFL əməkdaşları onun həyatı ilə bağlı ailəsinin və qonşularının fikirlərini öyrəniblər.

Eyni zamanda, 51 yaşlı mütəxəssis özü də danışıb. O, ən böyük arzusunun artıq həyata keçdiyini söyləyib: “Son 4-5 ildə məndə bir arzu yaranmışdı ki, “Qarabağ”da olduğum müddətdə torpaqlarımızı geri qaytaraq. Bu həyata keçdikdən sonra yeni arzu haqda fikirləşməmişəm”.

 

Digər xəbərlər

0.24500107765198