Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələdə

13:12 13-04-2023 | icon 680
Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələdə

        Dünyada gərginləşən siyasi manevrlər fonunda bir daha görürük ki, əsas məsələ təhlükəsizliyin təminatı və strateji tərəfdaşlıqların qurulmasıdır. Prezident İlham Əliyevin Qazaxıstana budəfəki səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Müzakirə olunan mövzuların mahiyyətinə, formasına, məzmununa əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.Belə hesab edirəm ki, razılaşmalar gələcəkdə Mərkəzi Asiyada Azərbaycanı təkcə siyasi deyil, eyni zamanda, iqtisadi gücünün və mövqelərinin möhkəmlənməyinə köməklik edəcək.

        Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır. Hər iki ölkə xalqları arasında köklü tarixi, mədəni və dini ortaqlıqlar, əlaqələr var. Təsadüfi deyil ki, bu gün Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır.

        Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi ki,”Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.

        Cənab Prezidentin Qazaxstan Respublikasına səfəri və səfər çərçivəsində qəbul olunan qərarlar türk dünyasının, türk dövlətlərinin hərtərəfli inteqrasiyasına, milli və mədəni bağlarının daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Bu gün də biz Qazaxstanla olan münasibətlərimizdə müsbət tendensiyanın şahidi oluruq. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə inkişaf edəcək. Xalqlarımızın, ölkələrimizin rifahı üçün çox böyük addımlar atılacaqdır.

Nəbi Nəbiyev,

Cəlilabad rayon Ətcələr kənd

ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.25791788101196