DTX Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirdi - Video
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Lənkəran şəhərində keçirilib.
Təbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri, ziyalılar və şəhərin ictimai fəalları iştirak ediblər.
Taleh Qaraşov təhlükəsizlik orqanlarının keçən əsrin 50-60-cı illərində görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin səyləri ilə özünün intibah dövrünə qədəm qoyduğunu vurğulayıb.
Digər məruzəçilər də öz növbələrində Heydər Əliyevin doğma xalqı və Vətəni yolunda müstəsna xidmətlərindən söhbət açıblar.
Tədbirin sonunda DTX-nin Azərbaycan Televiziyası ilə birgə ərsəyə gətirdiyi “Konfidensial” layihəsinin növbəti buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş “Port-Pəhləvi” əməliyyatından bəhs edən sənədli film nümayiş etdirilib.
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...