Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk

10:02 14-04-2023 | icon 763
Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə yaratdığı yeni
situasiya və reallıqlar,eləcə də son illər baş verən hadisə,proses və kataklizmlərindən
qaynaqlanan yeni geosiyasi reallıqlar Türk dövlətlərinin tərəfdaşlığının daha dərin
məzmunlu yeni keyfiyyət halına gətirilməsini obyektiv zərurətə çevirib.Son illər bu
istiqamətdə həm strateji məzmunlu vacib səndlərin qəbul edilməsi,hüquqi
təminatlar,həm də təşkilatı tədbirlər və sair baxımından xeyli məqsədyönlü iş
görülüb.Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlər arasında əməkdaşlıq üçün mühüm
platformaya çevrilib.TDT çərçivəsində inteqrasiyanın genişləndirilməsi və
dərinləşdirilməsində Azərbaycan-Türkiyə birliyi lokomotiv rolunu oynayır.Bununla yanaşı
44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük
hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxan Azərbaycan həmin yeni hədəflərə
çatmaq yolundakı fəaliyyətində Türk Dövlətləri ilə əməkdaşlığın yeni keyfiyyət halına
gətirilməsindəki rolunun miqyasları, yüksək fəallıq dərəcəsi və təsir dairəsi baxımından
ona həm də xüsusi missiya xarakteri verməkdədir.Bu özünü son vaxtlar Azərbaycanın
Türk Dövlətləri ilə müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdirməsinin
timsalında daha əyani şəkildə göstərir.
Azərbaycanın bu yeni rolu Türk Dövlətləri arasında əməkdaşlığın strateji
müttəfiqlik səfviyyəsinə qalxamasında xüsusi rol oynayır.2021-ci il iyunun 15-də
Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa
Bəyannaməsindən sonra digər türk dövlətləri ilə də analoji sənədlər imzalanır.2022-ci ili
avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azəbaycana rəsmi
səfəri zamanı imzalanan 20-dən artıq sənədin arasında “Azərbaycan Respublikası ilə
Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və
müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” də var. Bu
strateji sənəd Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini
ortaqlıqlara,ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələrinə,iki qardaş xalqın
gələcəyə baxışlarında üst-üstə düşən məqamlara və bu birliyin qarşılıqlıqlığının
gətirəcəyi faydalara söykənir. Qazaxıstan ilə Azərbaycan arasında strateji
münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi
haqqında Bəyannamənin imzalanması gələcək fəaliyyətimiz üçün çox ciddi hüquqi baza
olaraq göstərir ki, Azərbaycan və Qazaxıstan təkcə fikirdə,sözdə deyil, əməldə də
strateji tərəfdaş və müttəfiqlərdir.Bu özünü Azərbaycan prezidenti İlham Əliyevin aprelin
10-da Qazaxıstana səfəri zamanı yüksək səviyyədə göstərdi. Bu səfərin əsas qayəsi
ondan ibarətdir ki, Qazaxıstanla müttəfiqlik münasibətlərini konkret məzmunla
zənginləşdiririk.Bu kontekstdə Qazaxıstan və Azərbaycan strateji tərəfdaşlıq və
müttəfiqliyin əsas məsələlərini ətraflı müzakirə etdilər.Tərəflər siyasi, ticari-iqtisadi,
nəqliyyat, tranzit, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi
yer verdilər. Ən yüksək səviyyədə danışıqların əsas mövzularından biri Qazaxıstan
neftinin bir hissəssinin Azərbaycana tədarük edilməsi və Qərb bazarlarına
çıxarılmasının təmin edilməsi məsələsi oldu. Ekspertlər hesab edirlər ki, neftin
transxəzər marşrutu ilə nəqli, əmtəə axınının da bu istiqamətə yönləndirilməsi üçün ən
perspektivli variantdır. Qazaxıstan da öz məhsullarının getdikcə daha çox hissəsinin
Azərbaycan üzərindən ixracına maraq göstərir.Rusiyanın Ukraynaya hərbi
müdaxiləsindən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu təkcə Qazaxıstan
üçün deyil,ümumiyyətlə perspektivli marşrut kimi prioritetə çevrilir.
Görüşlər zamanı Azərbaycanla Qazaxıstan arasında digər sahələr üzrə də
əməkdaşlıq potensialı kifayət qədər yüksək qiymətləndirilib və bildirilib ki,
reallaşdırılması lazım olan əməkdaşlıq üçün daha böyük potensialı var.Yeni
reallıqlardan çıxış edərək və Azərbaycan və Qazaxıstanın malik olduğu böyük potensialı

nəzərə alaraq demək olar ki, bu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində
ticari-iqtisadi sahədə mövcud potensiallardan daha dolğun istfadə edilməsi istiqmətində
səyləri artırmaqla yaxın perspektivdə ticarət dövriyyəsini 2022-ci ildəki 500 milyon
dolların altındakı səviyyədən 1 milyard dollara və ondan da yüksəyə qaldırmağa nail
olmaq olar. Ölkələrimizin tranzit imkanlarından daha geniş miqyasda istifadə edilməsi
ilə, xüsusilə də “Orta dəhliz”in artan rolundan daha səmərəli istifadə etməklə tranzit
yüklərin həcmini dəfələrlə artırmaq olar.Qarşılıqlı etimada əsalanan bu cür iş birliyi
nəticəsində ortya qoyulan Orta Dəhlizin önəmi artdıqca onun əhatə etdiyi regionların da
etibarlı, sabit və invüstisiyalar qoymaq üçün əlverişli məkan kimi də əhəmiyyəti
artıracaqdır.Eyni zamanda Qazaxıstan-Azərbaycan danışıqlarında o da vurğuland ki,
Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər
bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika,
energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün
istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.Bu baxımdan Azərbaycan-
Qazaxıstan münasibətləri təkcə iki ölkənin deyil,həm də türk dünyasının bütün
coğrafiyanın maraqlarını ifadə edir.

Əliyeva Afət Rəfi qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.34538602828979