Stadionda “sınaq imtahanı” keçiriləcəyi barədə xəbər saxtadır - Açıqlama
Son günlər sosial şəbəkələrdə, o cümlədən də teleqram kanallarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) adında sui-istifadə faktı qeydə alınıb.
Akademiyanın müəllimləri və peşəkar idman ustaları tərəfindən V ixtisas qrupuna aid olan idman istiqaməti üzrə qabiliyyət imtahanı üçün fiziki hazırlıq üzrə T.Bəhramov adına Respublika Stadionunda “sınaq imtahanı” təşkil olunacağı barədə yalan informasiya yayılıb.
Vüsət Əizov adlı şəxsin paylaşdığı elanda Akademiya müəllimlərinin adından istifadə edib.
Akademiya bununla bağlı açıqlama yayıb. Bildirilib ki, həmin şəxsin akademiya ilə, ümumiyyətlə idmanla heç bir əlaqəsi yoxdur: “Paylaşdığı elan da saxtadır. Abituriyentləri və valideynləri bu tipli elanlar vasitəsilə aldanmamağa və işbazların toruna düşməməyə çağırırıq”.
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...
-
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI
...
-
“Azərbaycan Texnologiya Universiteti: uğurlar və hədəflər” - Fotolar
...
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...