Qaradağda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkilmə aksiyası davam edir

15:41 15-04-2023 | icon 614
Qaradağda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkilmə aksiyası davam edir

15 aprel Sahil qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və könüllülər iştirak etmişdir.
   Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması tədbirlər planında nəzərdə tutulmuşdur. 
   Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən ölkənin bütün regionlarında olduğu kimi, Qaradağ rayonunda da ağacəkmə aksiyalarının aparılmasına hazırlıq işləri çərçivəsində müvafiq ərazilər təmizlənir, münbit torpaqlar daşınır və ağacların əkilməsi üçün lazımı tədbirlər görülür.

 

Digər xəbərlər

0.27221202850342