Hacı Əliyev və daha 3 güləşçimiz AÇ-nin yarımfinalında

20:23 17-04-2023 | icon 972
Hacı Əliyev və daha 3 güləşçimiz AÇ-nin yarımfinalında

Sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

O, 70 kq çəki dərəcəsində əvvəlcə italiyalı Canluka Talamonu məğlub edib. 

Daha sonra isə almaniyalı Kristofer Henkelidən üstün olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

 
 

 

Hacı Əliyevdən sonra daha 3 güləşçimiz yarımfinala yüksəlib. 

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Horst Castin Lehrə (Almaniya) qalib gəlib.

97 kq-dakı Maqomedxan Maqomedov Samuel Şerrerdən (İsveçrə), 79 kq-dakı Səbuhi Əmiraslanov Vladimeri Qamkrelidzedən (Gürcüstan) güclü olub.


Digər xəbərlər

0.27693319320679