“Qəbələ”dən geridönüş - VIDEO

21:18 18-04-2023 | icon 818
“Qəbələ”dən geridönüş - VIDEO

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinə start verilib.

Yarımfinalın ilk görüşü Qəbələdə oynanılıb. 

Yerli komanda "Səbail" önünə çıxıb. Oyunun əvvəlində 2 qol buraxan "Qəbələ" geridönüş edərək 3:2 hesabı ilə qalib gəlib.  

Azərbaycan kuboku

Yarımfinal mərhələsi, ilk oyun

18 aprel

"Qəbələ" - "Səbail" 3:2 

Qollar: İlkin Muradov, 8 (0:1), Emil Martinov, 21 (0:2), Rafael Utziq, 34 (1:2), 66 (2:2), Felipe Santos, 74 (3:2)

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu

Digər yarımfinal görüşü sabah “Turan Tovuz”la “Neftçi” arasında olacaq. Bu komandaların ilk qarşılaşması Tovuzda keçiriləcək.

 

 

 
 
 

Digər xəbərlər

0.28711199760437