Bayram namazı bu saatda qılınacaq

14:31 19-04-2023 | icon 711
Bayram namazı bu saatda qılınacaq

“Bu il bayram namazı bəzi məscidlərdə aprelin 21-i saat 8:00-da, bəzilərində isə 9:00-da qılınacaq”.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bayram namazının saatının seçilməsi məscidlərin icma rəhbərləri və imamların öhdəsinə buraxılıb: “QMİ-nin Şamaxı Astrofizika Rəsədxanasından aldığı məlumata əsasən, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Bayram namazının qılınma saatı isə məscidlərin icma rəhbərləri və imamların öhdəsinə buraxılıb.

 
 

Bəzi məscidlərdə bayram namazı səhər saat 8:00-da olacaq. Məsələn, Əjdərbəy Məscidində bu saatda namaz qılınacaq. İcma rəhbərləri öz camaatını nəzərə alaraq bununla bağlı qərar verirlər.

Azərbaycanın bölgələrində və Bakı şəhərinin əksər məscidlərində isə namaz saat 9:00-da qılınacaq”.


Digər xəbərlər

0.2317910194397