Naxçıvanda “Nar”ın yeni mağazası təqdim edildi
18 aprel tarixindən etibarən, “Nar” abunəçiləri Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən “Nar”ın yenilənmiş mağazasında üstün müştəri xidmətləri ala biləcəklər. Mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası, və dublikatının çıxarılması kimi xidmətlərlə yanaşı mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.
Yeni konseptli mağaza ilə yanaşı, “Nar” abunəçilərinə Muxtar Respublika ərazisində fəaliyyət göstərən ən geniş mobil şəbəkələrdən birini təqdim edir. Naxçıvan şəhəri ilə yanaşı, Ordubad, Şahbuz, Culfa, Sədərək, Babək və Kəngərli rayonlarında “Nar” abunəçiləri yüksək sürətli və kəsintisiz mobil rabitə xidmətlərindən istifadə edir.
Mobil operatorun regionlara xüsusi diqqətini vurğulayan “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib:
“Naxçıvandakı abunəçilərimizə üstün müştəri təcrübəsi təqdim etməklə yanaşı, Muxtar Respublikaya geniş həcmli investisiya edirik. “Nar” artıq Naxçıvan şəhərində və Muxtar Respublikanın rayonlarında ən geniş mobil şəbəkələrdən birinə sahibdir. Bundan başqa, faydalı sosial layihələrimizlə Naxçıvan sakinlərinə dəstək olmaqdayıq. Buradakı fəaliyyətimizlə bağlı aldığımız xoş rəylər bizi çox sevindirir və bizi müştərilərimizə daha da yüksək xidmət göstərməyə sövq edir”.
Müştərilərə ən üstün xidmət strategiyasına uyğun olaraq, “Nar” ilin sonuna kimi ölkə boyunca 17 mağazasını tamamilə yeniləməyi və ziyarətçilərə daha da yüksək xidmət göstərməyi planlaşdırıb. “Nar” mağazalarının ünvanı və xidmətlər haqqında ətraflı məlumatı nar.az/map səhifəsindən öyrənmək olar.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...