İqtisadi qüdrəti artıran amil

16:49 20-04-2023 | icon 691
İqtisadi qüdrəti artıran amil

       Ulu öndər Heydər Əliyev Azərbaycanın milli inkişaf doktrinasını hazırlamaqla respublikamızın uzunömürlü tərəqqisinə dərin əsaslar yaradıb.  Müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amili xüsusi rol oynayır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası  isə düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi.

Ümumilikdə, bu dövrdə Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrınin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsini irəli sürmüşdür. Bu da öz ifadəsini Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasında tapır. Belə ki, 1991-ci ildən başlanan siyasi və iqtisadi dəyişikliklər respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən sənayeyə də öz təsirini göstərmiş və onların inkişaf tempini aşağı salmışdır.

Hazırda respublikamız Avropanın enerji təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Prezident İlham Əliyev jurnalistin sualını cavablandırarkən ölkəmizin Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş olduğunu bir daha bəyan edib: “Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.

Onu da qeyd etmək lazımdır ki, 1997-ci ildən başlayaraq respublika regionlarının inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən bir sıra proqram, proqram məqsədli metodlar və vasitələr qəbul edilmişdir. Onların da əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. 2001-2003-cü illərdə ölkə Prezidentinin xarici və yerli sahibkarlarla görüşündə, respublika regionlarına səfəri zamanı etdiyi məruzə və çıxışlarında, "Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın təqdimat mərasimindəki nitqində əsas diqqəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsini əsaslandırmışdır.

 

Elnur Azadxanov,

Cəlilkabad Rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin direktoru


Digər xəbərlər

0.27519607543945