Şamaxıda iftar süfrəsi təşkil olunub - Foto

17:03 20-04-2023 | icon 765
Şamaxıda iftar süfrəsi təşkil olunub - Foto

Aprelin 19-u rayon icra hakimiyyətinin təşəbbüsü ilə Şamaxı Cümə Məscidində iftar məclisi təşkil olunub. 

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak edib.

İftar məclisində Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev tərəfindən Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib.

 

 




Digər xəbərlər

0.23988890647888