Əzəmətli layihələr gerçəkləşir

17:55 20-04-2023 | icon 856
Əzəmətli layihələr gerçəkləşir

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Prezident İlham Əliyev qeyd edib ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra olunur. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb və bu işlər davam etdirilir. Ölkə başçısının bölgələrə səfərləri həm nəzarət üçün bir vasitə olmaqla yanaçı həm də insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasının bölgələrdə təmin edilməsi ilə bağlı tapşırıqlar verilir.

         Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Salyan və Neftçala rayonlarında digər layihələr də icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır. İşğaldan azad edilmiş ərazilərimizdə böyük işlər görülür. Prezident Salyanda verdiyi müsahibədə bəyan etdi ki, tezliklə bütün infrastrukturlar qurulub düşmənə gözdağı veriləcək.

        Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Təbii ki, buna əsas verən təkmil sosial-iqtisadi islahatlar, düşünülmüş və məqsədyönlü siyasətimizdir. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə iqtisadiyyatın inkişafında neft amilinə üstünlük verdi. Malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevrilən enerji layihələri Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Neft gəlirlərindən səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına yönələn mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasını təmin edir. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və bu məqsədə nail olmaq üçün regionların malik olduğu imkanlardan səmərəli istifadənin vacibliyini bildirdi. Bunun üçün təsdiqlənən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsini verir. Bölgələrimiz arasında sağlam rəqabət gedərək siması tamamilə dəyişir, insanların rahat yaşayışı üçün zəruri olan addımlar atılır. Səfər çərçivəsində hər bir rayonun həyatında mühüm rol oynayacaq sosial obyektlərin açılışı, digər qismində gedən işlərlə tanışlıq sənəddən irəli gələn hər bir vəzifənin uğurlu icrasının Prezident İlham Əliyevin nəzarətində olduğunu təsdiqləyir.

Əliş Eyvazov,

Sosial Xidmətlər agentliyinin

Cəlilabad nümayəndəliyində mütəxəssis


Digər xəbərlər

0.22316312789917