Kardiologiya İnstitutunun direktoru Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

21:54 20-04-2023 | icon 1168
Kardiologiya İnstitutunun direktoru Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
 
Təbrikdə deyilir:
 
"Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət və həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır.
İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir.
Ramazan bayramı münasibətilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat KArdiologiya İnstitutunun kollektivi timsalında bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Allahdan oruc və dualarınızın qəbul olunmasını diləyi ilə!
Ramazan bayramınız mübarək!
Hörmət və sevgilərlə
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova

Digər xəbərlər

0.25192594528198