Azərbaycan və Türkiyə yığmaları qələbələrini birlikdə qeyd etdi - Foto

23:13 20-04-2023 | icon 1099
Azərbaycan və Türkiyə yığmaları qələbələrini birlikdə qeyd etdi - Foto

Azərbaycan və Türkiyənin sərbəst güləşçilərdən ibarət yığmaları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatından sonra birlikdə foto çəkdirib. 

2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız Avropa çempionu olub. 

 
 

Qitə birinciliyində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən Türkiyə millisi isə 3-cü yeri tutub.

Komandaların təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti Zaqreb Arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib və növbəti dəfə dost və qardaşlıq mesajı verib.

 

 

Digər xəbərlər

0.23414492607117