Azərbaycan istehsalı genişləndirməklə hazırda özünün enerji təhlükəsizliyini təmin etmişdir

11:00 25-04-2023 | icon 754
Azərbaycan istehsalı genişləndirməklə hazırda özünün enerji təhlükəsizliyini təmin etmişdir

Hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət azad seçkilərlə şərtlənir. Məhz
bu strateji seçimin nəticəsi olaraq hər bir xalq müəyyən zaman kəsiyində milli inkişaf
yolunu, tərəqqi yönümünü müəyyən edir. Çoxluğun maraq və mənafeyini öz fəaliyyətində
ehtiva edən, rasional siyasət yeridərək cəlbedici proqram və ideyalarla silahlanan
komandanın uğur qazanması isə qaçılmaz olur. Azərbaycan xalqı 2008-ci il 15 oktyabr
tarixdə cənab İlham Əliyevi ikinci dəfə prezident seçməsi ilə populist və irreal vədlərə
deyil, əməli işə, konkret nəticəyə səs vermişdir. Bu tarixi seçim xalqımızın təkamülə
əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu, ölkənin taleyini yalnız konkret planlara
malik, çevik, işlək və monolit komandaya etibar etdiyini bir daha nümayiş etdirmişdir.
Dövlət başçısı İlham Əliyev son 6 ildə ulu öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş iqtisadi strategiyanı inamla davam etdirərək Azərbaycanın dinamik
inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu alternativsiz siyasətin Azərbaycana
gətirdiyi böyük uğurlar respublika hüdudlarından kənarda da yüksək etimadla, rəğbətlə
qarşılanır. Bir çox qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf və tərəqqi
mərhələlərini qısa müddətdə adlayan, keçid dövrü üçün səciyyəvi olan problemlərin
öhdəsindən inamla gələn respublikamızın qısa müddətdə əldə etdiyi nailiyyətlər, ilk
növbədə, cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə izah olunur. Dövlət başçısı
məhz bu fenomen keyfiyyətləri sayəsində son bir ildə Azərbaycanın qlobal böhrana qarşı
effektiv müqavimətini təmin etmiş, onun mənfi təsirlərinə qarşı preventiv tədbirlər həyata
keçirmişdir. Bugünlərdə Kanadanın Toronto şəhərində keçirilmiş türkdilli diasporların
forumunda Azərbaycan Prezidenti İlham Əliyevin yekdilliklə "İlin adamı" seçilməsi də
onun fəaliyyətinin beynəlxalq aləmdə yüksək dəyərləndirildiyini deməyə əsas verir.
Dövlət başçısı bu ada Yer üzündə ümumi sülhün bərqərar olması işinə böyük töhfə verən
XXI əsrin görkəmli siyasi xadimi kimi layiq görülmüşdür. Forum iştirakçılarının Prezident
İlham Əliyevə ünvanlanmış müraciətində onun çoxmilyonlu türk dünyasında şəksiz lider
olması, bütün planetdə sülhü bərqərar etmək, Cənubi Qafqaz regionunda və onun
hüdudlarından kənarda siyasi vəziyyəti sabitləşdirmək səyləri vurğulanır. Türkdilli
diasporların forumunda çıxış edən nümayəndələr Azərbaycan Prezidentinin mükəmməl
savada, nadir erudisiyaya malik olmasını da qeyd edərək vurğulamışlar ki, bu keyfiyyətlər
onun əksər beynəlxalq tribunalardan ən müxtəlif auditoriya qarşısında nitq söyləməsinə,
ölkəmiz üçün mühüm mədəni və iqtisadi layihələrə diqqəti cəlb etməsinə, hamıda həmin
layihələrə maraq hissi oyatmasına kömək edir. Müraciətdə bu uğurların əldə etdilməsində
ulu öndər Heydər Əliyevin əsasını qoyduğu islahatların da əhəmiyyəti xüsusi
vurğulanmışdır. Bildirilmişdir ki, islahatlar kursu sayəsində Azərbaycan Şərqdə Qərb
mədəniyyətinin çiçəklənən bölgəsi, Qərbdə isə qədim Şərq sivilizasiyasına xas olan ən
yüksək mənəvi və mədəni dəyərlərin mərkəzi hesab edilir. Dövlət başçısı İlham Əliyevin
dəfələrlə vurğuladığı kimi, Azərbaycanın hazırkı uğurlarının əsasında həm də ümummilli
lider Heydər Əliyevin hələ respublikaya rəhbərliyinin birinci dövründə formalaşdırdığı
möhkəm iqtisadi potensial dayanır.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışı
bütün sahələrdə olduğu kimi, milli iqtisadiyyatın böhrandan uğurla çıxmasını təmin
etmişdir. Ulu öndərin müstəqil ölkənin milli mənafelərinə xidmət edən siyasəti nəticəsində
Azərbaycanın hərtərəfli tərəqqisinin, o cümlədən iqtisadi yüksəlişinin ən ümdə
problemləri düzgün qiymətləndirilmiş və onların vaxtında həlli yolları
müəyyənləşdirilmişdir. Kifayət qədər mürəkkəb şəraitdə dahi rəhbərin diplomatik səriştəsi
hesabına ərsəyə gələn və tarixə "Əsrin müqaviləsi" adı ilə düşən strateji əhəmiyyətli neft
kontraktlarının imzalanması isə ölkənin qarşısında duran taleyüklü vəzifələrin həllinə,
zəruri iqtisadi islahatların aparılmasına, habelə Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasına, onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə əlverişli imkanlar
açmışdır. Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə
dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, "...Məhz 1993-2003-cü illərdə ölkədə
bugünkü Azərbaycanın - güclü Azərbaycanın yaradılması mümkün olmuşdur". Ümummilli
liderin müstəqil respublikamıza rəhbərliyi dövründə praktik nəticələr verməyə başlayan
bu iqtisadi strategiya hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük
məharətlə davam etdirilir. Respublikamız son illərdə ümumi daxili məhsul istehsalına
görə nəinki MDB məkanında, hətta dünyada ən qabaqcıl yerlərdən birini tutur.
Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı baxımından qeyri-neft sektorunun respublika
üçün xüsusi əhəmiyyət kəsb edən sahələrinin yaradılması prosesi son vaxtlar daha
böyük miqyas almışdır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində regionlarda
infrastruktur müasir tələblər səviyyəsində yenidən qurulmuş, müxtəlif istehsal sahələri
yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-
iqtisadi inkişafı Dövlət Proqramı" isə regionların növbəti mərhələdə inkişafına yeni
imkanlar açmışdır. Ümumiyyətlə, cənab İlham Əliyev respublika iqtisadiyyatının hərtərəfli
inkişafı üçün regionlarda məhsuldar qüvvələrin yerli imkanlar əsasında güclü artımına
xüsusi əhəmiyyət verir. İldən-ilə iqtisadi potensialı və qüdrəti artan Azərbaycanın dünya
birliyi ilə əlaqələri onun üçün münasib olan fəal inteqrasiya əsasında qurulur. Bu
münasibətlər Azərbaycanın özünü təminetmə məqsədlərini yerinə yetirdikdən sonra əsas
ixrac əməliyyatlarını gücləndirmək hesabına təmin edilir. Bu gün Azərbaycan iqtisadiyyatı
əsas inkişaf tələblərinə görə dünya bazarından asılı deyildir. Əksinə, başqa ölkələr bir
sıra mühüm strateji məhsulların təminatına görə Azərbaycandan bu və digər dərəcədə
asılıdır.
Təbii qaz və enerji təminatına görə son illərə qədər başqa ölkələrdən asılı olan
Azərbaycan istehsalı genişləndirməklə hazırda özünün enerji təhlükəsizliyini təmin
etmişdir. 2008-ci ildə respublikamızda kondensat da daxil olmaqla, neft və qaz hasilatı
2000-ci ilə nisbətən 3 dəfə, elektrik enerjisi istehsalı 8 faiz artmışdır. Bir çox rayonlarda -
Astarada, Xaçmazda, Şəkidə, Naxçıvanda və Şirvanda yeni elektrik stansiyaları
istifadəyə verilmişdir. Hazırda Sumqayıt və Qubada da belə stansiyalar tikilir.
Müstəqilliyin ilk illərində Naxçıvan Muxtar Respublikası əsasən Türkiyə və İrandan alınan

elektrik enerjisi ilə təmin olunurdusa, hazırda buradan Türkiyəyə böyük miqdarda enerji
ixrac edilir. Azərbaycanın nəqliyyat təhlükəsizliyi də yüksək səviyyədə təmin olunur,
ərzaq təhlükəsizliyi məsələsi həllini tapır. Respublikamız indi əsas kənd təsərrüfatı
məhsulları ilə öz tələbatını ödəyir. Lakin bu cəhətdən ölkənin imkanları hələ xeyli
böyükdür. Azərbaycan bir çox mühüm ərzaq məhsulları ilə ixrac imkanlarını artıra bilər.
Bu sahədə respublikanın əlverişli imkanlarından bəhrələnmək üçün fermerlərin biliyini və
ümumi səviyyəsini yüksəltmək, kənd təsərrüfatının idarəolunmasını təkmilləşdirmək yolu
ilə əkinçilik mədəniyyətini elmi əsaslarla aparmaq, onun quruluşunu yaxşılaşdırmaq
hesabına kənd təsərrüfatı sahələrinin məhsuldarlığını artırmaq qarşıda duran vacib
məsələlərdəndir. Geniş miqyas alan qloballaşma, müəyyən fasilələrlə təkrar olunan
iqtisadi və maliyyə böhranları şəraitində planetin inkişaf qaydaları, habelə bununla
əlaqədar yaşayış tərzi bir sıra istiqamətlərdə dəyişikliklərə məruz qalmışdır. Xüsusən,
dünyada təbii sərvətlərin son dərəcə qeyri-bərabər paylandığı, onların getdikcə tükəndiyi
bir şəraitdə bəşəriyyətin yüksək inkişafa və böyük rifaha göstərdiyi ümumi səylər
artmışdır. Çağdaş dövrün əsas tələblərindən biri də ölkələr arasında səmərəli və etibarlı
qarşılıqlı əlaqələri genişləndirməkdən ibarətdir. Azərbaycan bu cəhətdən beynəlxalq
əlaqələrini getdikcə genişləndirir.

Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.23858094215393