Səttar Möhbalıyev: “Bolqarıstanda imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcək”

00:09 27-04-2023 | icon 825
Səttar Möhbalıyev: “Bolqarıstanda imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcək”

“Bütün sahələrdə əldə etdiyi uğurlar, effektli regional və beynəlxalq təşəbbüsləri,
həyata keçirdiyi genişmiqyaslı layihələr ölkəmizin mövqelərini durmadan artırır.
Həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin xarizması, nümunəvi
davranışları, dünya ölkələri ilə münasibətlərin qurulmasında və inkişafında
sərgilədiyi yanaşma, eləcə də hər bir imzasına, hər bir sözünə verdiyi dəyər
ölkəmizin beynəlxalq nüfuzunu yüksəldir. Heç kimə sirr deyil ki, dünya dövlətləri
tərəfindən Azərbaycana olan maraq hər gün durmadan artır. Prezident İlham
Əliyev dünyaya elə bir Azərbaycan təqdim edib ki, artıq onun əhəmiyyəti dərindən
dərk edilir, əməkdaşlıqdan məmnunluq ifadə olnur. Hazırda dünya ən mürəkkəb
tarixini yaşayır, bütün coğrafiyaya təsir gücündə olan müharibə yaşanır. Bu da
əsasən enerji sahəsində problemlərə geniş yol açıb. Belə bir məqəmda
Azərbaycanın rolu göz qabağındadır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

“Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, cənab İlham Əliyev tərəfindən daha
da uğurla inkişaf etdirilən enerji siyasətinin nəticələri bu gün Avropa qitəsindən
daha aydın görünür. Bir növ “qoca qitə”nin xilaskarı rolunda çıxış edir. Vaxtı ilə
Cənub Qaz Dəhlizinin reallaşa biləcəyinə şübhə ilə yanaşanlar bu gün onun
əhəmiyyətini şərh edirlər. Həmçinin Azərbaycan dünyaya sadiq tərəfdaş anlayışını
gətirib ki, bunun da dövlətlər arasında əməkdaşlıqda nə qədər vacib nüans olduğu
hamıya bəllidir. Bu məqamda mən dövlətimizin başçısı cənab İlham Əliyevin

aprelin 25-də Bolqarıstana baş tutan işgüzar səfərinə diqqət çəkmək istərdim. Səfər
zamanı dövlət başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və
Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi
ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi oldu. Memorandum
Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə
SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir və Avropanın
enerji təhlükəsizliyinin təmin olnmasında əhəmiyyətli addımdır. Bu, bir daha
təsdiqləyir ki, Avropa ölkələri düşdükləri böhrandan xilasın real və səmərəli həll
variantını qazı Azərbaycandan idxalda görürlər. Avropa ölkələri ilə enerji
sahəsində uğurlu əməkdaşlıq digər sahələrdə də əlaqələrimizin möhkəmlənməsinə
və genişlənməsinə önəmli töhfələr verir. Bu gün Avropa İttifaqının 9 üzv dövləti
ilə Azərbaycanın münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsindədir”, - Milli
Məclisin deputatı bildirib.

AHİK sədri əlavə edib ki, bu istiqamətdə görülən bütün işlər ölkəmizin iqtisadi
qüdrətinin güclənməsinə, valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artmasına
gətirib çıxaracaq.


Digər xəbərlər

0.25107884407043