Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır

09:55 28-04-2023 | icon 732
Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu artıq sübuta
yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan
tərəfindən enerji təchizatı həlledici olmuşdur. Bu gün biz Azərbaycandan
Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun
formalaşmasının şahidi oluruq. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya
ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması
“Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu
yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində
tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan
ölkədən - Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə
bazarlara çıxışını təmin edəcək. “Həmrəylik Halqası” təşəbbüsü, həmçinin
Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir və eyni
zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji
tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata
keçirilməsinə töhfə verir.
Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi
üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə mühüm
əhəmiyyət kəsb edir.
Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra
Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan
üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.
Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında”
Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa
İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu
tərəfdaşlığın çox güclü gələcəyi var.
Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil.
Tam həqiqətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az
müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX
əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti
hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu
gün biz XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail
olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq

hazırdır. Eyni zamanda, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu
tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq
dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500
kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda biz Azərbaycanın
bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində
çalışırıq. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı
məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə
müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş
enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda bərpaolunan enerjinin
hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin
Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Əlbəttə ki, yaşıl enerjinin əsas
ixrac istiqaməti Avropadır. Beləliklə, biz fəal enerji diplomatiyamızı davam
etdiririk .

Xalid Nuriyev
Saatlı rayonu Mircəlalkənd kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.27449107170105