Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - Video
Bu gün Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib. Onun daha sonra polisə müqavimət göstərməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb.
Metronun "Əcəmi" stansiyası yaxınlığında lentə alınmış görüntülərdən avtomobili nömrəsiz idarə edən şəxsin yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmaması, maşını polislərin üzərinə sürməsi və DYP-yə məxsus xidməti avtomobili qəsdən vurması əks olunub.
Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirilib ki, həmin sürücü artıq saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: “Sürücünün barəsində araşdırma aparılır, toplanmış materiallar məhkəməyə təqdim ediləcək”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir: “Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.(qafqazinfo)
-
İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar...
...
-
Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verildi
...
-
Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı
...
-
Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir
...
-
Bakıda həkimlərin başına iş gəldi - Yeni vatsap dələduzluğu
...
-
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayıb
...
-
Hamı bu qəzadan danışır... - Kimdir günahkar? - Video
...
-
Azərbaycanda terror aktı törətmək istəyən əcnəbi saxlanıldı - Video
...
-
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
...
-
Rəşad Dağlıya 11 il cəza istənildi
...