Saatlı: Başçının talançı şəbəkəsi və ya "Boz kardinal" Şıxəliyev ifşa olunur - ANONS
Saatlı bir zamanlar keçmiş SSRİ-nin ən inkişaf etmiş pambıqçılıq rayonu olub
Siraqəddin Cabbarovun gəlişindən bəri regionun aqrar sektoru tənəzzül dövrünü yaşamaqdadır.
Onun rayona rəhbərliyi dövründə təkcə pambıqçılıq deyil, bütün sahələr üzrə durğunluq və böhran yaşanıb. Səbəb isə dövlətin ayırdığı vəsaitlərin təyinatı üzrə xərclənməməsi olub.
Hətta rayondakı ağac və kollar qurumağa başlayıb. Bunun tək səbəbi isə Saatlı Rayon Meliorasiya İdarəsi tərəfindən rayon ərazisindəki drenlərin təmizlənməməsidir.
Məlumata görə dövlət büdcəsindən hər il bu məqsədlərlə ayrılan vəsait RİH-nin başçısı Siraqəddin Cabbarovla idarənin rəisi Tahir Rzayev tərəfindən müəyyən adlar altında mənimsənilir.
Amma icra başçısının barəsində mediaya sızan informasiyaları ört-basdır etmək missiyası İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Lütfəli Şıxəliyevə tapşırılıb. L.Şıxəliyev Saatlıda böyük hörmətə malik bir ziyalı kimi tanınır.
Onun mətbuatda da nüfuzu və hörməti olduğu xəbər verilir. S.Cabbarov bu kadrının hörmətindən və əlaqələrindən istifadə edərək haqqında yayılan faktları gizlətməyi, ört-basdır etməyi xahiş edir.
Araşdırma Qrupu xəbər verir ki, icra başçısının müavinləri - Rahib Salahov və İlham Quliyev talançı şəbəkənin aparıcı fiqurları kimi adları keçir.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elnur Cəbrayılov, Memarlıq və tikinti şöbəsi müdiri Yusifəli İsgəndərov da icra başçısının büdcə pullarının talanmasında iştirak edən çetesinin üzvüdür.
Redaksiyadan: Bütün bu deyilənlər isə ciddi araşdırma mövzusu olduğu üçün məsələni diqqətdə saxlayıb növbəti yazımızda daha ətraflı nəzərinizə çatdırılacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq...
Bizi izləyin...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...