Abdin Fərzəliyev barədə böhtan yazanların nəzərinə

08:19 05-08-2023 | icon 724
Abdin Fərzəliyev barədə böhtan yazanların nəzərinə

"Reket jurnalistika" yenə iş başındadır. Bu dəfə bəzi "jurnalistlər" Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev haqqında ağlına nə gəldi onu da qələmə alır.

Biz isə çalışıb bəziləri kimi eşitdiklərimizə yox, gördüklərimizə əsaslanaq. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin.

Qeyd edək ki, bir müddətdir bəzi xəbər saytlarında  Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə bağlı son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı yazılar diqqətimi çəkdiyi üçün bu tip yazılarla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 

Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, rəhbəri olduğu kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var, kimlərsə Abdin Fərzəliyevin uğurlarını istəmir, kimlərsə yuxarı dairələrdə onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. 

Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün ictimaiyyət və rəhbərliyin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli məlumatlardan istifadə edirlər.

Qeyd edim ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Savadlı kadrların yüksək vəzifələrə təyin olunması, onların ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət siyasətinin bariz nümunəsidir.

Abdin Fərzəliyevin də Abşeron rayon İcra Hakimiyyəti Başçısı kimi əhəmiyyət kəsb edən bir vəzifədə çalışması bunun əyani sübutudur.

Uzun illər müxtəlif vəzifələrdə çalışan Abdin Fərzəliyev rəhbərliyin göstərdiyi etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib.

Abdin Fərzəliyev dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən məmurlardandır.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Qeyd edək ki, Fərzəliyev Abdin Ələskər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.
Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlamışdır.
1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya-bioloqiya" fakultəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri vəzifəsində çalışmışdır.
1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir.
1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından 19 yanvar 2022-ci il tarixədək Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.
1993-cu ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir.

Rəhbərlik etdiyi  Abşeron rayonunda Prezident İlham Əliyevin dövlət məmurlarına verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq həftədə azı iki dəfə rayon sakinləri ilə görüşlər keçirib, onların təkliflərini dinləyib, problemlərinin həllinə böyük qayğı ilə yanaşıb.

Abadlıq-quruculuq işlərinə çox böyük diqqət yetirib, tarixilik qorunub-saxlanılıb, müasir infrastuktur layihələri uğurla icra olunub. Sosial obyektlərin - məktəb, baxça, səhiyyə müəssisələrinin təmiri, bərpası daim ön planda olub, yeni parkların salınması, ağac əkimi, küçə və məhəllələrin abadlaşdırılması, işsizlik probleminin həlli istiqamətində ciddi işlər görülüb.

Hətta müşahidələrimə əsasən onu deyə bilərəm ki, Abdin Fərzəliyev  nəinki rəsmi qəbul günlərində, digər vaxtlarda da mövcud karantin şərtlərinə uyğun olaraq mürəciətə gələn heç bir sakini dinləmədən yola salmır.

Demək olar ki, hər gün sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərir. Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirən Abdin Fərzəliyev fəaliyyət göstərdiyi dövrdə dövlət-xalq münasibətlərinin yüksək səviyyədə olmasını həmişə təmin edib. Həyata keçirilən sosial əhəmiyyətli tədbirlərin sakinlər tərəfindən böyük rəğbətlə qarşılanması onun etimadı yüksək səviyyədə doğruldan vəzifə sahiblərindən olduğunu bir daha təsdiq edir.

Hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq qəbuluna gələn vətəndaşların təkliflərini dinləyib, problemlərinin həllinə böyük qayğı ilə yanaşıb.

Yorulmadan çalışır, zəhmət çəkir.  Abşeronda hər kəsə bəllidir ki, o, yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

Hələ gənc yaşlarında ikən halal zəhmətlə qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

Bu şəxsin hər zaman ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Abdin Fərzəliyevin uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar.

Bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Abdin Fərzəliyev haqqında bəzən bədhaqları tərəfindən yayılan yazılara cavab olaraq gerçək olanı deyək:

Bəli, Abdin Fərzəliyev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Abdin Fərzəliyevin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sizsə hər şeyi baş-ayaq anlamısız…

Bir daha qeyd edək ki, onun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar.

 Maraqlıdır ki, Abdin Fərzəliyev barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, xalqın gözü tərəzidir. Dövlətçiliyə sədaqətlə xidmət edən Abdin Fərzəliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.


Digər xəbərlər

0.25916504859924