Prezident türkiyəli atletləri təltif etdi - Sərəncam

14:18 28-04-2023 | icon 1293
Prezident türkiyəli atletləri təltif etdi - Sərəncam

Prezident İlham Əliyev Türkiyə idmançılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Cansu Bektaş

Qamze Altun

 
Nuray Güngör.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanmışdı. Onlar medallarını Azərbaycana həsr ediblər. Buna səbəb İrəvandakı açılış mərasimində Azərbaycan bayrağının yandırılması və bundan sonra millimizin yarışdan imtina edərək vətənə qayıtması idi.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində gənclər və idman naziri Fərid Qayıbova C.Bektaşı və Qamze Altunu ölkəmizə dəvət etməsi barədə tapşırıq verdiyini açıqlamışdı. Ötən gün isə türkiyəli atletlər Bakıya səfər ediblər.


Digər xəbərlər

0.26717090606689