Türk idmançıdan İlham Əliyevə anlamlı hədiyyə - Foto

20:38 28-04-2023 | icon 1070
Türk idmançıdan İlham Əliyevə anlamlı hədiyyə - Foto

  bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.

Görüşdə maraqlı anlar yaşanıb.

Belə ki, Cansu Bektaşın İrəvanda qazandığı qızıl medal Azərbaycan Prezidentinə hədiyyə edilib. 

Hədiyyəni Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü təqdim edib:

- Bizim də hədiyyələrimiz var, cənab Prezidentim, onları da verərdik. Hörmətli cənab Prezidentim. Bu, Ermənistanda qazandığımız ilk qızıl medallardan biridir. Cansu qızımızın ərməğan etdiyi medaldır. Bunu ölkəm, ağırlıqqaldırma qurumumuz və Cansu adından qəbul etməyinizi Sizdən xahiş edirəm.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm, çox sağ olun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Talat Ünlü: Bu medal günün anlamı və önəmi üçün çox vacibdir. Bilirsiniz, orada Azərbaycan Bayrağına qarşı törədilən hücum hamımızı dərindən kədərləndirdi. Həmin gecə biz azərbaycanlı qardaşlarımızla birlikdə eyni hissləri yaşadıq. İndi də danışdıqca insanın tükləri biz-biz olur. Uşaqlarımız əzmkarlıq göstərdilər və gözəl nəticələr əldə etdilər. Allaha çox şükür. İnşallah, bundan sonra da birliyimiz, bərabərliyimiz, - hər zaman bunu söyləyirik, - iki dövlət, bir millət, amma birlikdə iri, diri və güclü olmalıyıq.

Prezident İlham Əliyev: İnşallah.

Mehriban xanım Əliyeva: İnşallah, amin.

Talat Ünlü: Bilirik ki, bizim Prezidentimizlə Siz qardaşsınız. Bu, bizim üçün çox önəmlidir. Bunu qəbul etməyinizi xahiş edirəm.

Prezident İlham Əliyev: Doğrudur. Çox sağ olun, təşəkkür edirəm. Bunu bizim idman muzeyində qoymalıyıq. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti simvoludur və bizim gənclərimizin yüksək keyfiyyətə malik olmasının təzahürüdür. Bax, ağır bir yarışda qazanılmış bu medalı bizim Cansu qızımız Azərbaycana ərməğan etdi. Sağ ol. Bütün Azərbaycan xalqı səni sevir, sən bilirsən, sizin hamınızı. Çox sağ olun.

Cansu Bektaş: Mən də onları çox sevirəm.

 

 

 

Digər xəbərlər

0.24894595146179