Bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnirin açılış mərasimi keçiriləcək

15:54 01-05-2023 | icon 928
Bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnirin açılış mərasimi keçiriləcək

Mayın 1-dən 6-dək Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnir təşkil olunacaq.

Bu gün başlayacaq mötəbər yarışda 10 yığma komanda mübarizə aparacaq:

Azərbaycan, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna.

Bu gün 20:00-da Bakı Tennis Akademiyasında beynəlxalq turnirin açılış mərasimi keçiriləcək. Bunun ardından Azərbaycan və Çexiya yığmaları qarşılaşacaq. Bundan əvvəl Serbiya – Gürcüstan, Ukrayna – Qazaxıstan, Fransa – CAR matçları oynanılacaq.


Digər xəbərlər

0.22373104095459