“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir

17:45 01-05-2023 | icon 803
“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir

“Nar” ADA Universitetində təşkil olunan 11-ci karyera sərgisində iştirak edib.

Artıq ənənə halını almış sərginin əsas məqsədi tələbə və məzunları bir araya toplayaraq onların işəgötürənlərlə
peşəkar əlaqələr qurmasına dəstək olmaq, eləcə də işəgötürənlərin bacarıqlı kadr axtarışlarını
asanlaşdırmaqdır.

Karyera sərgisi zamanı ADA-nın 1500-ə yaxın tələbə və məzunu şirkət və qurumların təqdim
etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər. “Nar”ın İnsan resursları
komandası da öz növbəsində gələcəyin mütəxəssislərinə peşələrinin iş mühitindəki real
tələbləri barədə məlumat verib. Həmçinin şirkətin əməkdaşları gələcəkdə karyerasını
telekommunikasiya sahəsində davam etdirmək istəyən gənclərə cari vakansiyalar barədə
məlumat verərək dəstək olublar. Eyni zamanda mobil operatorun təcrübə və təqaüd
proqramından yararlanmaq istəyən tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, təhsilin inkişafına dəstək “Nar” sosial fəaliyyətinin əsas istiqamətlərindəndir.
Mobil operatorun bu sahədə gördüyü genişmiqyaslı layihələri ilə buradan tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli
qiymət qarşılığında üstün xidmət təqdim edir.


Digər xəbərlər

0.27888989448547