Elm və təhsil naziri Qusar Olimpiya İdman Kompleksini ziyarət edib
Elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovla birlikdə Qusar Olimpiya İdman Kompleksində olub.
Tanışlıq xarakterli səfərdə qonaqlar idman qurğusunun komanda idman növləri, güləş və üzgüçülük zallarına baxış keçiriblər.
Kompleksin direktoru Elşən Məmmədov bildirib ki, rayonun uşaq və yeniyetmə məktəbliləri arasında idmana böyük maraq var, həftənin bütün günlərində müxtəlif bölmələrə məşq üçün axın olur. Bu baxımdan, səfər Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilən badminton layihəsinə, Qusar şəhəri 2 saylı tam orta məktəbin şagirdləri üçün Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Üzməyi öyrənək” layihəsi üzrə məşqlərə və voleybol məşğələsinə təsadüf edib.
Şagirdlərin idman bölmələrinə daha da çox yazılmalarından ötrü Quba - Xaçmaz Regional Təhsil Şöbəsinin dəstəyinə də ciddi ehtiyac duyulduğu diqqətə çatdırılıb. E.Əmrullayev Qusar məktəblərində görüşlərə lazımi şəraitin yaradılacağını vurğulayıb.
Nazir Qusar Olimpiya İdman Kompleksində bu yaxınlarda açılan basketbol bölməsinin fəaliyyəti ilə də maraqlanıb. Qusar rayonunun ən böyük - 1500 nəfərlik qapalı məkanı olan komanda idman növləri zalında basketbol yarışlarının təşkilinin mümkünlüyü də nəzərdən keçirilib.
-
Kəlbəcərdə müasir məktəb binası tikilir - Video
...
-
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar
...
-
Keyfiyyətli təhsil olmadan heç bir ölkənin gələcəyi ola bilməz
...
-
ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub
...
-
Tələbələrin təcrübə keçmə qaydalarında edilən yeniliklərin detalları açıqlanıb
...
-
Məktəblərdə qış tətili başladı
...
-
Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
...
-
Məktəblilərə 5 gün tətil olacaq
...
-
Gənc müəllimlərin forumu keçirildi - Prezidentə dəstək bəyanatı qəbul olundu
...
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...