“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

15:24 02-05-2023 | icon 780
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək.

Bakı Tennis Akademiyasında 6 qarşılaşma baş tutacaq.

A və B qruplarında əvvəlcə II turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda III turun da bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması iki oyun keçirəcək.

A qrupunda yer alan Azərbaycan millisi günün son qarşılaşmasında meydana çıxacaq. İlk turda Çexiya ilə qolsuz bərabərə qalan yığma bu dəfə İtaliya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Beynəlxalq Minifutbol Turniri
2 may
A qrupu

12:30. İtaliya – Gürcüstan

15:30. Serbiya – Çexiya

20:30. Azərbaycan – İtaliya

B qrupu

11:00. Türkiyə - Ukrayna

14:00. Qazaxıstan – CAR

19:00. Türkiyə - Fransa


Digər xəbərlər

0.25328683853149