Hacı Şahinin yerinə o təyin olundu
"Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib".
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, məscidə yeni təyinatlar da olacaq.
“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”, - M.Qurbanlı əlavə edib.
M.Qurbanlı sosial şəbəkələrdə Məşədi Dadaş icmasının məsciddən çıxarılması barədə yayılan xəbərlərə də aydınlıq gətirib.
Komitə sədri bu məlumatların yalan olduğunu vurğulayıb: “Hazırda icmanın sədri də, üzvləri də məsciddədir. İcma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə isə, 50 nəfərlik bir icma heyəti olacaq.
Oradan gedən adamlar mərhum Hacı Şahinin ətrafında olan adamlar idi. Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Və onlar icma formalaşan zaman vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər”.
Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...