Azərbaycan Kubokunda final oyununun nominal meydan sahibi bəlli olub

15:55 04-05-2023 | icon 746
Azərbaycan Kubokunda final oyununun nominal meydan sahibi bəlli olub

Azərbaycan Kubokunda final oyununun nominal meydan sahibi müəyyənləşib.

Bununla bağlı püşk atılıb.

Mərasimdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, finalçılardan “Neftçi”nin baş meneceri Qədir Həsənov və “Qəbələ”nin meneceri Məhəmməd Əzizli iştirak ediblər.

Püşkün nəticəsinə əsasən, “Bakcell Arena”da baş tutacaq həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” olub.

Qeyd edək ki, iyunun 3-də keçiriləcək Azərbaycan Kubokunun final görüşü saat 20:00-da başlayacaq.


Digər xəbərlər

0.25598001480103