“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi Fransa ilə qarşılaşacaq  

09:57 05-05-2023 | icon 1037
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi Fransa ilə qarşılaşacaq
 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.

Bakı Tennis Akademiyasında təşkil edilən yarışda bu gün pley-off və yarımfinal oyunları keçiriləcək.

A qrupunu 3-cü pillədə başa vuran Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Fransa ilə qarşılaşacaq. Digər cütlükdə isə Çexiya və Ukrayna seçmələri üz-üzə gələcəklər.

Bu cütlərin qalibləri axşam saatlarında yarımfinal mərhələsində müvafiq olaraq Serbiya və Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcəklər.

Pley-off

1. 11:00. Fransa – Azərbaycan

2. 12:30. Çexiya – Ukrayna

Yarımfinal

20:00. Serbiya – 1-ci cütün qalibi

21:30. Qazaxıstan – 2-ci cütün qalibi


Digər xəbərlər

0.37581205368042