"Biz hamımız Azərbaycanlıyıq, hamımız bir millətik, hamımızın bir dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladıyıq"

10:07 08-05-2023 | icon 677

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində əvəzsiz
xidmətləri olan dahi bir şəxsiyyətdir. SSRi kimi nəhəng bir dövlətin rəhbər
simalarından biri olan H.Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən sonra
dilindən , dinindən və milli – mənəvi dəyərlərindən asılı olmayaraq dövlətçilik
ənənələrini formalaşdırılmasında mühüm işlər görmüşdür. Azərbaycançılıq
ideologiyasnın mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə
tarixə düşmüşdür. "Azərbaycançılıq" termininin yaranmasında əsas ideologiya ölkədə
yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında
birləşdirmək olmuşdur. Bu terminin işlədilməsi əsasən sovetlər birliyindən sonra rast
gəlinsə də daha əvvəllərdən ölkədə yaşayan müxtəlif xalqların ( türk, talış, ləzgi, avar.
tat, udin və s. ) fərqli mədəniyyətləri və adət- ənənələrini qoruyub saxlayaraq birgə
inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Ulu öndərin 1969 – 1982 – ci illərdə Azərbaycanda rəhbərliyi dövründə azərbaycan
dilinin əhəmiyyəti artmış, ana dilinə olan diqqət və qayğı özünü bariz şəkildə
göstərməyə başlamışdı. Həmin dövrdə yüzlərcə azərbaycanlı gəncin sovet ittifaqının
ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, xalq təsərrüfatının intensiv inkişafı ,
mədəniyyət ocaqlarının yaradılması, təhsilin inkişaf etdirilməsi və onun maddi – texniki
bazasının möhkəmləndirilməsi sürətlə gedirdi.Ulu öndərin siyasətinin ana xəttini
Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsi təşkil edirdi. Azərbaycan öz
müstəqilliyini elan etdikdən sonra da ölkəmizdə azərbaycançılıq ənənəsinin
formalaşmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və
bu günə qədər ulu öndərin ideyalarının laiqli davamçısı Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Azərbaycan 1991 - ci ildə müstəqillik əldə etdikdən sonar azərbaycançılıq
ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və
xalqları müllətçilik və separatçılıq ideyalarından arındıraraq dövlətçiliyimizi qorumaq və
inkişaf etdirməkdən ibarət idi . Ötən illər ərzində Azərbaycan xalqı ümümmilli lider
Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir .

Feyzullayev Kamil Bəxtiyar oğlu
Saatlı rayon İ. Ağayev adına Nabatkənd kənd tam orta
məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi


Digər xəbərlər

0.25678491592407