Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

10:10 08-05-2023 | icon 1029
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin
tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun
konserti keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin
Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak
ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın
həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffat və sənaye
sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı
tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün
göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət
xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı
formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil
Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu
strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab
İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs
olunub.
Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi
və rəqs nömrələri, şerlər səsləndirilib.

Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin
(musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil
alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları,
onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər,
həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-
instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.),
solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar,
solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına
ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb. 
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü
münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il
keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə,
incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların
bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat
tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin
ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların
qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni
zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin
asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət
tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.


Digər xəbərlər

0.2069890499115