Emin Əmrullayev Londonda forumda iştirak edir
“Dizayn təfəkkürü vasitəsilə daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün öyrənmə mədəniyyətinin təkmilləşdirilməsi, dözümlülüyün formalaşdırılması və dayanıqlılığın təşviq edilməsi” devizi altında təşkil edilən Dünya Təhsil Forumu öz işinə başlayıb.
Londonda keçirilən forumda ölkəmizi elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Forum çərçivəsində Emin Əmrullayevin “Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı 7-ci plenar sessiyada çıxışı nəzərdə tutulur. Bununla yanaşı, elm və təhsil nazirinin iştirakı ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.
Bundan başqa, Emin Əmrullayevin iştirakı ilə ikitərəfli görüşlər keçirilib. Nazir Qazaxıstandan olan həmkarı Nurbek Sayasat və Özbəkistanın məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.
-
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6 məzunu Prezident təqaüdçüsü oldu
...
-
Mehriban Vəliyevaya yeni vəzifə verildi
...
-
Emin Əmrullayev 150 minə yaxın müəllimə SMS göndərdi
...
-
Nazirlikdən Müəllimlər Günü ilə bağlı valideynlərə - Müraciət
...
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
...
-
Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
...
-
ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
...
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...