"Beşiktaş"ın Bakıya səfər proqramı açıqlanıb

19:20 08-05-2023 | icon 719

"Sabah"la xeyriyyə matçında qarşılaşacaq Türkiyə "Beşiktaş"ının Bakıya səfər proqramı açıqlanıb.

İstanbul təmsilçisi Azərbaycan paytaxtına oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.

"Qara qartallar" "Hilton" hotelində məskunlaşacaqlar. Superliqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.


Digər xəbərlər

0.24882483482361