Füzuli Musayev: "Gələn il çempion olmaq daha çətin olacaq"

19:22 08-05-2023 | icon 696
Füzuli Musayev:

"Bu turnir Ulu Öndərin 100 illik yubileyinə həsr olunub. 52 qurum arasında keçirilən bu yarış mübarizə baxımından heç də Azərbaycan çempinatından geri qalmır.  Baxmayaraq ki, burada həvəskar futbolçular çıxış edir. Hamısı müxtəlif nazirliklərin, qurumların əməkdaşları idi. Hər nazirlikdə bu cür idmançıların olması bizi sevindirir". Bu sözləri açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəhbəri Füzuli Musayev deyib.

Musayev təmsil etdiyi qurumun komandasının turnirin çempionu olması ilə bağlı danışaraq, bu gözəl nəticənin onları çox sevindirdiyini vurğulayıb: "Çünki Fövqəladə Hallar Nazirliyi hər zaman hamıya kömək, dayaq olur. Ən çətin anlarda yanlarında oluruq. Komandamız turnir ərzində 20 oyun keçirdi və heç birində məğlub olmadı. Yalnız Dövlət Təhlükəsizlik Xidmətinin komandası ilə qrup oyununda heç-heçə etdik. Finalda da bərabərlik oldu, amma penaltilərdə qələbə qazandıq. Komandamızın üzvü Səttar bombardir oldu. Qapıçımız Yəhya isə ən yaxşı qapıçı seçildi. Təbii ki, bunlar bizi sevindirir. Bütün komandaları təbrik edirəm. Əsas odur ki, Ümummilli Liderin 100 illik yubileyinə həsr edilmiş yarışda hər kəs iştirak etdi və öz töhvəsini verdi. Hər kəs öz bacarığını göstərdi".

Həmsöhbətimzi inanır ki, artıq bu ənənəyə çevriləcək və hər il bu cür turnirlər keçiriləcək: "Düşünürəm ki, gələn il çempion olmaq daha çətin olacaq. Amma biz çempionluq adımızı qorumağa çalışacağıq. Hər kəsə uğurlar arzu edirəm. Final görüşündə bütün rəhbərliklər burda idi. Hər kəs üçün kimin komandasının üstün olması maraqlı idi. DTX ilə bərabər oyunumuz oldu. Onların bir neçə epizodda imkanları oldu. Penaltilər isə şansdı. SOCAR-ı da yarımfinalda penaltilərlə udduq. SOCAR-la DGX komandalarının oyununda birincilər daha iddialı idilər. Amma həm 3-cü, həm də 4-cü pillələri tutmaqda çətindir".

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və 18 noyabr 2022-ci ildə start götürən 52 dövlət qurumunun komandasının iştirak etdiyi minifutbol turniri Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilib.


Digər xəbərlər

0.24760413169861