Atıcılıq üzrə “Dünya Kuboku 2023” açılış mərasimində tamaşaçıları qiymətli hədiyyələr gözləyir - Video

21:13 08-05-2023 | icon 968
Atıcılıq üzrə “Dünya Kuboku 2023” açılış mərasimində tamaşaçıları qiymətli hədiyyələr gözləyir - Video

Azərbaycan Atıcılıq Federasiyası yarışlarının açılış mərasimində iştirakın hər kəs üçün sərbəst olduğunu elan edib.

Federasiyadan verilən məlumata görə, açılış mərasimindən sonra tamaşaçılara verilmiş nömrələrə əsasən xüsusilə gənclər üçün maraqlı olan skuter, telefon kimi hədiyyələr oynanılacaq.

 

“İdmanın bu növünə gənclərimizin marağını artırmaq üçün dünya kuboku oyunları ilə yanaşı, açılış mərasimində iştirak etmələrinin də faydalı olacağını düşünürük. Bayram gününə - mayın 9-a təsadüf edən açılış günü gənclərimizin Bakı Atıcılıq Mərkəzi, yarışlardan qabaq məşqlər edən yüzlərlə beynəlxalq idmançı ilə yaxından tanış olmalarına imkan yaradacaq”, – Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

Emin Cəfərov azərbaycan tamaşaçılarının idmançılarımızı dəstəkləyərək, onların uğurlarına töhfə verəcəklərinə əminliyini etiraf edib.

Qeyd edək ki, güllə atıcılığı üzrə  “Dünya Kuboku 2023” yarışlarının açılış mərasimi mayın 9-da, saat 10.30-da Bakı Atıcılıq Mərkəzində (Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 3D) başlayacaq.

 

 
 
 

Digər xəbərlər

0.38469886779785