"Real Madrid" "Mançester Siti"ni qəbul edir: Çempionlar Liqasında finala bərabər oyun
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Turnirin son qalibi olan İspaniya "Real Madrid"i finala gedən yolda İngiltərənin "Mançester Siti" komandasını qəbul edəcək. "Santyaqo Bernabeu" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.
İki kollektiv ötən mövsümdə də Çempionlar Liqasının yarımfinalında üz-üzə gəlib. Səfərdə 3:4 hesabı ilə uduzan Madrid təmsilçisi ev qələbəsi (3:1) sayəsində finala adlayıb.
Komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
9 may
23:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Artur Diaş (Portuqaliya)
Madrid, "Santyaqo Bernabeu" stadionu
Qeyd edək ki, yarımfinalın digər matçında İtaliya təmsilçiləri "Milan" və "İnter" qarşılaşacaqlar. Görüş mayın 10-da keçiriləcək.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...