Prezident və xanımı Şuşada açılışlarda iştirak etdi - Fotolar

16:01 09-05-2023 | icon 1043
Prezident və xanımı Şuşada açılışlarda iştirak etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.

 

Dövlət başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.

 

Prezident İlham Əliyev Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoyub, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını edib.

Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə məlumat verilib.

***

Mayın 9-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir.

 

Pənahəli xan küçəsinin uzunluğu 864 metr, eni isə yol yatağında uyğun olaraq 10-13 metr təşkil edəcək.

Qeyd edilib ki, küçələr müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaq.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Şuşa şəhərindəki məzarı və qəbirüstü abidəsi bərpa olunub.

Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Heydər Əliyev Fondu bu ilin mart ayından ərazidə müvafiq işlərə başlayıb və qəbirüstü abidə bərpa olunub.

Prezident İlham Əliyev Mir Möhsün Nəvvab Qarabağinin məzarı üzərinə gül dəstəsi qoyub.

Qeyd edək ki, bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işləri alim və şairin xatirəsinə ehtiram, eləcə də mədəniyyətimizin qorunub saxlanılması istiqamətində görülən işlərə daha bir töhfədir.

 

 









Digər xəbərlər

0.2707359790802